RƏSMİ XRONİKA
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən
Çox hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu xoş gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, işinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.
İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində Sizin fəal iştirakınız Həştərxan vilayəti ilə Azərbaycan arasında tarixi əlaqələrin və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə hərtərəfli kömək edir.
Əminəm ki, bizim hərtərəfli qarşılıqlı münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu xoş gündə Sizi bir daha ürəkdən təbrik edirəm. Sizə və yaxınlarınıza uğurlar, tükənməz nikbinlik, uzun ömür və xoş günlər arzulayıram.
Hörmətlə,
Aleksandr Jilkin
Rusiya Federasiyası Həştərxan vilayətinin
qubernatoru