Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, bütün planlarınızın reallaşmasını, məsul fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qarşılıqlı dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın uğurlu inkişafına şəxsi töhfənizə, bunun üçün göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu diqqət və dəstək sayəsində bizim regionda çox mühüm birgə layihələr həyata keçirilir.

Ümidvaram ki, bizim aramızda yaranmış konstruktiv dialoq bundan sonra da Həştərxan vilayəti ilə Azərbaycanın əməkdaşlığının dərinləşməsinə kömək edəcək.

Hörmətlə,

 

İqor Babuşkin

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin