RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, ilk növbədə, Sizə ehtiramımı bildirim və milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün sakinlərinə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq, Vətənin rifahı naminə quruculuq fəaliyyətinizdə uğurlar arzu edirəm.

Azərbaycan Respublikası həmişə bizim regionun strateji tərəfdaşı olub və bu gün də belədir.

Əminəm ki, biz gələcəkdə də Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini birgə səylərimizlə fəal inkişaf etdirəcəyik.

Hörmətlə,

İqor Babuşkin

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin