Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz öz vətəndaşlarının firavanlığının qeydinə qalan müdrik və məsul rəhbər kimi haqlı olaraq yüksək nüfuz və hörmət qazanmısınız.

Sizin rəhbərliyinizlə respublika hərtərəfli davamlı inkişafda sanballı uğurlar qazanır, dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri isə Rusiya və Azərbaycan xalqlarının mənafeləri naminə möhkəmlənir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

 

Maqomedsalam Maqomedov

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin