Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycanın bütün vətəndaşlarını Respublika Günü münasibətilə Rusiya Federasiyası Tatarıstan Respublikasının sakinləri adından və şəxsən öz adımdan təbrik edirəm.

Biz Azərbaycanın dövlət quruculuğu və sosial-iqtisadi inkişaf sahələrində qazandığı uğurlara, beynəlxalq aləmdə nailiyyətlərinə görə qardaşcasına sevinirik, gözəl ölkənizin tərəqqisi yolunda Sizə yeni böyük zəfərlər arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidvar olduğumu bildirirəm. Əminəm ki, Tatarıstan Respublikasının və Azərbaycan Respublikasının səmərəli qarşılıqlı fəaliyyəti xalqlarımızı zənginləşdirəcək, Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığında yeni üfüqlər açacaq.

Dərin hörmətlə,

 

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin