Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə Azərbaycan xalqının rifahı naminə məsul və çoxşaxəli dövləti fəaliyyətinizdə, Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da möhkəmlənməsində, ölkələrimizin regionları arasında qarşılıqlı faydalı uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində uğurlar arzulayıram.

Sizə möhkəm cansağlığı, sülh və firavanlıq diləyirəm.

Dərin hörmətlə və ən xoş arzularla,

 

Andrey Boçarov

Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin