Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, möhkəm cansağlığı, yaradıcılıq ilhamı, gümrahlıq və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edib, Rusiya və Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi və milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanılması üçün ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

 

Sergey Narışkin

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin