Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Radi Xabirovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bizim ümumi türk köklərimiz, çoxəsrlik tarixə malik mənəvi-mədəni qohumluğumuz, zəngin əməkdaşlıq təcrübəmiz, müasir Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış və Sizin adınızla ayrılmaz surətdə bağlı olan sanballı uğurlar ənənəvi Başqırdıstan-Azərbaycan dostluq əlaqələrinin daha da genişlənməsi üçün yaxşı zəmin yaradır.

Rusiya Federasiyasının Başqırdıstan Respublikası Azərbaycan Respublikası ilə çoxtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu əməkdaşlığın tarixi, ilk növbədə, “İkinci Bakı” adlandırılan Başqırdıstanın neft sahəsinin inkişafı ilə bağlıdır. Azərbaycanlı mütəxəssislər bizim respublikada neftçıxarma və neft emalı sənayesinin formalaşmasına fəal kömək ediblər.

Elm-təhsil və mədəni-humanitar əlaqələr mühüm ənənəvi sahələr kimi qalır. Azərbaycan təmsilçiləri Başqırdıstanda keçirilən mədəni tədbirlərin daimi iştirakçılarıdır. Ənənəyə görə, respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələri Novruz bayramında bir yerə toplaşırlar və Azərbaycan diasporu sözsüz ki, ən fəal və parlaq diasporlardan biridir. Biz bütün perspektivli istiqamətlər üzrə dostluğu və tərəfdaşlığı bundan sonra da möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, milli bayramınız – Respublika Günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm.

Sizə və bütün Azərbaycan xalqına firavanlıq, rifah və yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Radi Xabirov

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin