Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Sergey Məlikovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı – Respublika Günü münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi həyatın müxtəlif sahələrində qazandığı uğurlar ölkə rəhbərliyi tərəfindən seçilmiş və ümummilli miqyasda dəstək qazanmış, ölkənizin beynəlxalq arenada nüfuzunun artmasının əsası olan kursun düzgünlüyünü təsdiq edir.

Bizim xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Bu gün həmin ənənələr əsasında Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış etimad və tərəfdaşlıq mühiti qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığı daha da genişləndirən vacib amildir.

Hörmətli İlham Heydər oğlu, Sizə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Sergey Məlikov

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin