RƏSMİ XRONİKA


Rusiya Federasiyasının Federasiya Şurasının üzvü Ralif Safindən

 Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Həmvətənlərinizin Sizə göstərdiyi yüksək etimad Azərbaycan dövlətinin təşəkkülünə və inkişafına, onun iqtisadi tərəqqisinə şəksiz töhfələrinizin etiraf edilməsinin sübutudur.

Sizə yeni uğurlar, Azərbaycan Respublikasına əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Ralif Safin

Rusiya Federasiyasının Federasiya Şurasının üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin