RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizə öz ehtiramımı bildirim və Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edim.

Müstəqillik Günü millətin birliyini və mənəvi yenilməzliyini əks etdirən əsas dövlət bayramıdır.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycanın rifahı naminə səmərəli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

Həştərxan vilayəti ilə Azərbaycan arasında uzun illər davamlı strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli qarşılıqlı əlaqələrin inkişafına hərtərəfli dəstəyinizə və dəyərli şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıq əlaqələrini birgə səylərimizlə bundan sonra da fəal şəkildə genişləndirəcəyik.

Dərin hörmətlə,

 

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin