Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, bolluq, sülh və firavanlıq, Sizin gözəl diyarınıza isə daha böyük iqtisadi tərəqqi, yaxşı ənənələrin qorunub saxlanılmasını və zənginləşdirilməsini, mədəni-mənəvi inkişaf arzu edirəm.

Azərbaycan Respublikasının rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Sizə uğurlar diləyirəm.

Hörmətlə,

 

Yunusbek Yevkurov

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin