Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ötən 100 il ərzində Azərbaycan Respublikası böyük yol keçmişdir. Biz birlikdə SSRİ-ni qurmuş, Böyük Vətən müharibəsində döyüşmüş, qələbə qazanmış, demokratik islahatları davam etdirmiş və Müstəqil Dövlətlər Birliyi çərçivəsində tərəfdaş olmuşuq.

Hazırda Sizin fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası iqtisadiyyatda, sosial sahədə və dövlət quruculuğunda böyük uğurlar qazanmış, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilərək, beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirmişdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə tükənməz enerji, yeni-yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Tatyana Moskalkova

Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin