Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Kemerovo Vilayətinin qubernatoru Aman Tuleyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Əlamətdar bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin hərtərəfli inkişaf yolu ilə inamla irəliləyən ölkəniz Cənubi Qafqaz regionunda get-gedə artan nüfuz və təsir qüvvəsinə malikdir. Sizin uzaqgörən siyasətiniz və müdrik rəhbərliyiniz sayəsində bu gün Azərbaycan müasir, hərtərəfli inkişaf etmiş firavan dövlətdir. Azərbaycan öz vətəndaşlarının mənafelərinə və xoş mərama əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq arenada mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

Əməkçilər diyarı Kuzbas ilə Azərbaycan Respublikasını uzun illər boyu işgüzar əməkdaşlıq və tərəfdaşlıq münasibətləri bağlayır.

Qəti əminəm ki, Azərbaycan ilə Kemerovo Vilayəti arasında konstruktiv qarşılıqlı əlaqələr və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, mənim bütün həmyerlilərim adından və şəxsən öz adımdan Sizə, doğmalarınıza və yaxınlarınıza ən səmimi uğurlar, möhkəm cansağlığı arzularımı qəbul edin. Qoy, Sizin ali dövləti fəaliyyətiniz böyük ölkənizin şöhrətini daha da artırsın.

Dost Azərbaycanın bütün xalqına səadət, firavanlıq və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

 

Aman Tuleyev

Rusiya Federasiyasının Kemerovo Vilayətinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin