Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin deputatları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin siyasi nüfuzunuzun yüksək olduğunu əyani surətdə təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində Zati-alinizin xidmətlərinin etiraf olunduğunu göstərir.

Azərbaycan xalqı öz ölkəsinin sabit gələcəyinin, tərəqqisinin və firavanlığının xeyrinə bu dəfə də düzgün seçim edib. Ümidvaram ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə Rusiya Federasiyası ilə qarşılıqlı faydalı dostluq əlaqələrini vətəndaşlarımızın başlıca maraqlarına tam müvafiq surətdə möhkəmləndirmək xəttini davam etdirəcək. Öz tərəfimdən Sizi əmin edirəm ki, biz də xalqlarımızın çoxəsrlik ənənələrə əsaslanan dostluq və əməkdaşlıq ruhuna həmişə sadiq qalacağıq.

İcazə verin, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyim.

Hörmətlə,

 

Vyaçeslav Makarov

Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin