Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə işlərinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və səadət arzu edirəm.

Fürsətdən istifadə edərək, Rusiyanın və Azərbaycan Respublikasının xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli maraqların müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə diqqətinizə və dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

 

Sergey Narışkin

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin