İQTİSADİYYAT
Rusiya Federasiyasının enerji sistemində baş vermiş qəza zamanı Azərbaycan öz köməyini əsirgəməyib
Bakı, 24 avqust, AZƏRTAC
Rusiya Federasiyasının enerji sistemində baş vermiş qəza zamanı Azərbaycan öz köməyini əsirgəməyib.
Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən gücü 3800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerji sistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmazlığı yaranıb. Nəticədə 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyasının enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib. Belə ki, Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]