RƏSMİ XRONİKA


Rusiya Federasiyasının tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri - Sergey Abakumovdan, Leo Bokeriyadan, Georgi Qreçkodan, Pavel Qusevdən, Mark Zaxarovdan, Aleksandr Kalyagindən, Sergey Katırindən, Mixail Ostrovskidən, Henri Reznikdən, Anatoli Torkunovdan, Vladislav Tretyakdan, Zurab Seretelidən, Aleksandr Şirvindtdən, Viktor Şmakovdan, Aleksandr Şoxindən, Leonid Yakuboviçdən

Hörmətli İlham Heydər oğlu,

Bu il oktyabrın 9-da keçirilmiş ümumxalq seçkilərində parlaq və inamlı qələbəniz, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bizim Ümumrusiya qeyri-hökumət təşkilatları adından səmimi təbriklərimizi qəbul edin.

Biz Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafına Sizin şəxsi töhfənizi və yürütdüyünüz, əhalinin rifahının yüksəldilməsinə, vətəndaş və qeyri-hökumət təsisatlarının dəstəklənməsinə yönəlmiş siyasətinizi, habelə dövlətlərimiz və xalqlarımız, ölkələrimizin vətəndaşları və onların birlikləri arasında hərtərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyətinizi yüksək qiymətləndiririk.

Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya Federasiyasının İctimai Palatası arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Sizin dəstəklədiyiniz və bu ilin mart ayında Bakı şəhərində imzalanmış Memorandum vətəndaş cəmiyyəti təsisatları və qeyri-hökumət təşkilatları arasında Rusiya-Azərbaycan dialoqunun mühüm amili olmuşdur. Bu ilin avqustunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Sizin onunla birgə çıxışlarınız, o cümlədən bizim vətəndaşların və onların təşkilatlarının humanitar, elm-təhsil və mədəni-maarif sahələrində sıx əməkdaşlığını daha da möhkəmlətməyin zəruri olması haqda bəyanatlarınız Memorandumun vətəndaş təsisatlarının ikitərəfli sosial-iqtisadi və ictimai layihələrə, 2013-cü ildən başlayaraq hər il Bakı və Moskva şəhərlərində Azərbaycan-Rusiya qeyri-hökumət təşkilatlarının vətəndaş forumlarının keçirilməsinə cəlb edilməsi haqqında müddəalarının xüsusi aktuallığını bir daha təsdiq etmişdir. Bizim qeyri-hökumət birlikləri və şəxsən biz ikitərəfli vətəndaş forumlarının hazırlanmasında və keçirilməsində ən fəal surətdə iştirak etməyə, habelə ölkələrimiz üçün ictimai əhəmiyyət kəsb edən hər hansı başqa məqsədli proqram və layihələrdə iştirak etməyə hazırıq.

Sevinclə qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri, o cümlədən seçkilərin yekun nəticələri, açıqlıq və şəffaflıq, habelə seçicilərin yüksək fəallığı Sizin və Azərbaycan rəhbərliyinin ölkədə demokratik prosesləri inkişaf etdirməyə sadiqliyinizi və buna çalışmağınızı, Azərbaycanda hüquqi dövlətin daha da möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin təşəkkülünə çalışmağınızı nümayiş etdirmiş, nüfuzlu beynəlxalq (o cümlədən rusiyalı) müşahidəçilər tərəfindən haqlı olaraq qeyd edilmişdir.

Yaradılmasına və sürətli inkişafına Sizin atanız, ölkəmizin böyük dostu, nurlu xatirəsinə dərin ehtiram bəslədiyimiz Prezident Heydər Əlirza oğlu Əliyevin çox qiymətli töhfələr verdiyi, müstəqil Azərbaycanın rifahı naminə çətin və məsuliyyətli fəaliyyətinizdə yeni nailiyyətlər və uğurlar arzulayırıq.

İcazə verin, Sizə və yaxınlarınıza, bütün Azərbaycan xalqına firavanlıq və tərəqqi, Sibir sağlamlığı və Qafqaz uzunömürlülüyü arzulayaq.

Sizə dərin ehtiramla və hərtərəfli əməkdaşlığımızın davam edəcəyinə əminliklə,

“İctimai etiraf” Milli Fondunun İdarə Heyəti, Qəyyumlar Şurası və Rəyasət Heyəti, “Vətəndaş cəmiyyətinə dəstək” müstəqil təşkilatı və hüquq mühafizə, qanunvericilik və məhkəmə orqanları ilə qarşılıqlı fəaliyyət üzrə Milli Vətəndaş Komitəsi adından:

Sergey Abakumov

İdarə heyətinin sədri, Rusiya İctimai Palatasının üzvü

Qəyyumlar Şurasının və Rəyasət Heyətinin həmsədrləri:

Leo Bokeriya

Bakulev adına ürək-damar cərrahiyyəsi mərkəzinin direktoru

Georgi Qreçko

iki dəfə Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt

Pavel Qusev

“Moskovski komsomolets” qəzetinin baş redaktoru

Mark Zaxarov

“Lenkom” Teatrının bədii rəhbəri

Aleksandr Kalyagin

RF Teatr Xadimləri İttifaqının prezidenti

Sergey Katırin

Rusiya Ticarət-Sənaye Palatasının prezidenti

Mixail Ostrovski

RF İctimai Palatasının katibinin birinci müavini

Henri Reznik

Moskva Şəhər Vəkillər Palatasının prezidenti

Anatoli Torkunov

Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) rektoru

Vladislav Tretyak

Rusiya Hokkey Federasiyasının prezidenti

Zurab Sereteli

Rusiya Rəssamlıq Akademiyasının prezidenti

Aleksandr Şirvindt

“Satira” Teatrının bədii rəhbəri

Viktor Şmakov

RF Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri

Aleksandr Şoxin

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti

Leonid Yakuboviç

ORT telekanalının müəllifi və aparıcısı, RF Xalq Artisti 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin