CƏMİYYƏT


Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avadanlığı gətirilib VİDEO

Bakı, 19 yanvar, AZƏRTAC

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirirlər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə hər iki nazirlik arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində yanvarın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avadanlığı gətirilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıq minatəmizləmə əməliyyatına cəlb olunması üçün nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.