DÜNYA


Rusiya Fransanın 34 diplomatını ölkədən çıxarır

Moskva, 18 may, AZƏRTAC

Rusiya Fransanın 34 diplomatını geri göndərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Fransa diplomatik nümayəndəliklərinin 34 əməkdaşı iki həftə ərzində ölkəni tərk edəcək.

Fransa səfiri Pyer Levi mayın 18-də Rusiya XİN-ə çağırılıb və bildirilib ki, Fransa tərəfi Rusiyanın 41 diplomatını əsassız olaraq “arzuolunmaz şəxs” elan edib. Rusiya xarici siyasət idarəsi bu addımı iki ölkə arasında münasibətlərə zərbə kimi qiymətləndirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.