Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti,Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident, əziz İlham Heydər oğlu.

Sizin yenidən Azərbaycan dövlətinin başçısı seçilməyinizi səmimi qəlbdən alqışlayıram. Zaman və xalq öz sözünü dedi: Siz Azərbaycanın milli liderisiniz! Azərbaycan xalqı dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixin sınağından çıxmış siyasi xəttinin layiqli davamçısı, Vətənin gələcəyi naminə yorulmadan çalışan, ölkəni inamla irəliyə aparan dövlət başçısı kimi yenidən Sizi seçdi.

Ali dövləti vəzifənizdə, məsuliyyətli işinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram.

Siz Azərbaycanın tərəqqisinin və rifahının qarantısınız.

Hörmətlə,

 

Sizin Tahir Salahov

Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti,

Sosialist Əməyi Qəhrəmanı,

SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin