MƏDƏNİYYƏT


Rusiya İnformasiya Mədəniyyət Mərkəzində “İkinci Vətən. Osetinlər Azərbaycanda” kitabının təqdimatı keçiriləcək

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 16-da saat 19:30-da Bakıdakı Rus evində (RİMM) "İkinci Vətən. Osetinlər Azərbaycanda" kitabının təqdimatı keçiriləcək.

Mətbuat mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, əsər Azərbaycandakı osetin diasporunun nümayəndələrinə, o cümlədən siyasətçilərə, hərbçilərə, alimlərə, din xadimlərinə, yaradıcı ziyalılara həsr edilib.

Əslən osetiyalılar Azərbaycanın müxtəlif inkişaf illərində ölkənin mədəni və siyasi həyatında parlaq və əlamətdar şəxslərə çevrilirdilər.

Kitabda, Azərbaycanda osetinlərin ailələri haqqında müəlliflər tərəfindən toplanan və sistemləşdirilən bioqrafik, sənədli və fotomateriallar təqdim olunub.

Təqdimatı Rusiya Elmlər Akademiyasının Vladiqafqaz Elmi Mərkəzinin Şimali-Osetiya Humanitar və Sosial Tədqiqatlar İnstitutunun Etnologiya şöbəsinin aparıcı elmi işçisi, geneoloji tədqiqatlar sektorunun müdiri İslambek Marzoyev keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.