CƏMİYYƏT


Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Mətbuat Günü qeyd olunub

Bakı, 19 iyul, AZƏRTAC

Milli Mətbuat Günü ərəfəsində Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirib və yaradıcılıq uğurları arzulayıb. O, əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə qoyulmuş Azərbaycan jurnalistikasının yaranma tarixindən danışıb.

V.Denisov “Rossotrudniçestvo” və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Bakıdakı fəaliyyətini geniş işıqlandıran mətbuat orqanlarına fəxri fərmanlar və təşəkkür məktubları təqdim edib. AZƏRTAC informasiya agentliyi də fəxri fərmanla təltif olunub.

Sonra beynəlxalq müsabiqələr laureatı Vüsal Aydəmirov və Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin şagirdi Buta Maqsudova bayram tədbiri iştirakçıları qarşısında çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.