SİYASƏT


Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri AZƏRTAC-da olub VİDEO

Bakı, 19 fevral, AZƏRTAC

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin yeni rəhbəri İrek Zinnurov AZƏRTAC-da olub. İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Azərbaycan və Rusiya arasında media sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Qonağa AZƏRTAC-ın fəaliyyəti və dünya informasiya məkanında mövqeyi, həmçinin beynəlxalq və regional media qurumlarının rəhbər orqanlarında təmsilçiliyi barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, AZƏRTAC dünyanın bir çox nüfuzlu informasiya agentlikləri, o cümlədən Rusiyanın TASS agentliyi ilə uzun illərdir uğurla əməkdaşlıq edir. Ölkələrimizin iki aparıcı agentliyi arasında mütəmadi informasiya və təcrübə mübadiləsi həyata keçirilir, birgə layihələr reallaşdırılır. Səkkiz dildə informasiya yayan AZƏRTAC-ın 21 ölkədə, o cümlədən Rusiyada müxbir məntəqəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, AZƏRTAC Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərə informasiya dəstəyi verir, Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində media ilə bağlı dəyirmi masaların təşkilində fəal iştirak edir.

İrek Zinnurov ölkələrimiz arasında mədəniyyət, turizm, təhsil, media sahələrində əlaqələrin daha da inkişaf etməsinə hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib. Azərbaycanda rus dil və mədəniyyətinə verilən önəmi yüksək qiymətləndirdiyini deyən

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri hər iki ölkədə diasporların cəmiyyətlərin həyatında fəal rol oynadığını qeyd edib.

Görüşdə milli mədəniyyətlərin qarşılıqlı təbliğində medianın rolundan bəhs olunub, birgə layihələrin reallaşdırılması, informasiya sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.