DÜNYA


Rusiya İstintaq Komitəsində Orxan Camalın qətlinin təhqiqindən danışıblar

Moskva, 11 yanvar, AZƏRTAC

Rusiya İstintaq Komitəsində rusiyalı jurnalistlər Orxan Camal, Kiril Radçenko və Aleksandr Rastorquyevin Mərkəzi Afrika Respublikasında (MAR) qətlinin təhqiqi barədə danışıblar.

RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib ki, sənədli film çəkmək üçün MAR-a yollanan jurnalistlər onları soymaq istəyən silahlı quldurlar tərəfindən qətlə yetirilib. AZƏRTAC xəbər verir ki, Sibyu şəhəri yaxınlığında jurnalistlərin avtomobilinə bir qrup silahlı hücum edib. Onlar hamıya maşından çıxmağı, əşyalarını, foto və videoaparatları təslim etməyi tələb ediblər. Quldurlara tabe olmaq istəməyən jurnalistlər müqavimət göstəriblər, buna görə də silahlılar tərəfindən güllələniblər.

S.Petrenko vurğulayıb ki, rusiyalı jurnalistləri MAR-a yollayan “Təhqiqatları İdarəetmə Mərkəzi” internet layihəsi onların mühafizəsini lazımınca təmin etməyib.

Xatırladaq ki, Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Azərbaycan mənşəli rusiyalı jurnalist Orxan Camal müsəlman ictimai xadimi Heydər Camalın oğludur.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.