Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya KİV-ləri: Paşinyan müxalifətə qarşı mübarizə cəbhəsini yandırıb

Rusiya KİV-ləri: Paşinyan müxalifətə qarşı mübarizə cəbhəsini yandırıb

Moskva, 13 iyul, AZƏRTAC

Pandemiya dövründə Ermənistanda müxalifət sıx birləşməyi davam etdirdiyi bir vaxtda baş nazir Nikol Paşinyanın mövqeləri zəifləyib. Bu şəraitdə ictimaiyyətin diqqətini daxili siyasətdən xarici təhlükəyə yönəltmək sınaqdan çıxarılmış addımdır. Hərçənd, bu dəfə həmin addımın səmərəli olacağı şübhə doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ekspert Renat Abdullin “News.ru” saytında dərc edilmiş “Paşinyan müxalifətə qarşı mübarizə cəbhəsini yandırıb” sərlövhəli məqaləsində şərh edib. O yazır: “2016-cı il hadisələri göstərdi ki, xarici oyunçular bu münaqişəyə müdaxilə etməyə çalışmırlar, lakin hər halda tərəfləri hərbi əməliyyatlardan çəkindirirlər. Əksər ölkələr kimi Rusiya da Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, ona görə də Yerevanın təklif etdiyi kimi KTMT-nin real cəlb edilməsi yolverilməzdir”.

Müəllif vurğulayır ki, Bakı həmişə qan tökülməsinin əleyhinə çıxış edir. Məqalədə deyilir: “Məsələn, 2018-ci ilin baharında Azərbaycan Ermənistanda iğtişaşlar dövründən Qarabağ məsələsinə təzyiq göstərmək üçün istifadə etmədi, hərçənd artıq bir neçə ildir ki, münaqişə zonasında qüvvələrin real nisbəti Yerevanın xeyrinə deyil. 2016-cı ilin aprelində lokal məğlubiyyət Ermənistan cəmiyyətində ölkə rəhbərliyinin fəaliyyət qabiliyyətli olmamasının nümayişi kimi qəbul edildi, xüsusən ona görə ki, bu hadisələr Moskva və Bakı tərəfindən silahlar barədə müqavilələrin reallaşması fonunda baş verirdi. Bunun ardınca “Sasna Srer” radikal qruplaşmasının qiyamı və etiraz aksiyaları ovaxtkı Prezident Serj Sarkisyanın mövqelərini yaxşıca laxlatdı və sonda onun devrilməsi ilə nəticələndi. Bu baxımdan, vəziyyəti kəskinləşdirmək Ermənistanın indiki rəhbərliyi üçün sərfəli deyil, lakin Paşinyan ölkə daxilində siyasi xal qazanmaq üçün vaxtaşırı olaraq Qarabağ məsələsində mübarizlik mövqeyi nümayiş etdirir”.

Müəllif bir məsələni də bununla əlaqələndirir ki, Ermənistan Müdafiə Nazirliyi münaqişə zonasında həqiqi vəziyyəti öz vətəndaşlarından gizlədir. R.Abdullin yazır: “İstifadəçilər döyüş mövqelərindən alınmış məlumatlara istinadla göstərirlər ki, erməni komandirləri həm canlı qüvvədə, həm də döyüş texnikasında itki verdiklərini etiraf edirlər. Ölənlərin və yaralananların sayı azı 15 nəfərdir. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi öz hərbi qulluqçularının həlak olmasını dərhal bildirib”.

Məqalədə vurğulanır ki, bu dəfə vəziyyətin kəskinləşməsi “münaqişənin davam etməsindən daha çox Ermənistanın hakimiyyət orqanlarının daxili siyasətdə xal qazanmaq xatirinə xarici siyasət kartı ilə oynamaq cəhdi kimi təsir bağışlayır”.

Məqalədə deyilir: “Koronavirus pandemiyası baş nazir Paşinyana ciddi zərbə vurub. İki il bundan əvvəl xalqın dəstəyi ilə hakimiyyətə gəlmiş bu siyasətçinin reytinqi xeyli azalıb. Həm parlament, həm də qeyri-parlament müxalifəti getdikcə fəallaşır, hətta karantin şəraitində də Yerevanda keçirilən mitinqlər isə göstərir ki, müxalifət əhalinin dəstəyini qazanıb”. Müəllif daha sonra yazır: “Xalqın Paşinyandan narazılığının səbəbləri çoxdur. Əvvələn, əhalinin bir qismi hesab edir ki, hökumət koronavirus epidemiyasına adekvat cavab verə bilməyib. Bu cür narazılıqları izah etmək çətin deyil: Ermənistan epidemioloji vəziyyət baxımından postsovet məkanında ən pis vəziyyətdədir. İyulun 13-nə olan məlumata görə ölkədə 32 mindən çox yoluxma halı qeydə alınıb. İkincisi, bu da qanunauyğun suallar doğurur ki, Paşinyan pandemiyadan öz siyasi təşəbbüslərini həyata keçirmək üçün istifadə etməyə çalışır. Ölkədə hələ mart ayında tətbiq edilmiş fövqəladə vəziyyət rejimi davam edir. İyulun 13-də hökumət bu rejimin müddətini avqustun 12-dək uzadıb. Bunu təhlükəsizlik mülahizələri ilə izah etsələr də, əslində güclənməkdə olan etiraz əhvalını yumşaltmaq imkanı kimi təsir bağışlayır. Üçüncüsü, baş nazir pandemiyadan bəhanə kimi istifadə edərək bir sıra, o cümlədən güc qurumlarında heç də birmənalı olmayan dəyişikliklər aparmaqla orada özünə loyal adamların mövqelərini daha da möhkəmlədib. Nəhayət, Ermənistan Konstitusiyasına düzəlişlər edilməsi və bunun nəticəsində, məsələn, Hrayr Tovmasyanın ölkənin Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən çıxarılması da əhalinin və Paşinyanı tənqid edənlərin diqqətindən yayınmayıb”.

Müəllifin fikrincə, bu şəraitdə aşkardır ki, baş nazir sınanmış metoddan istifadə etməyi - ictimaiyyətin diqqətini xarici siyasətə yönəltməyi qərara alıb. Azərbaycan ilə ərazi mübahisəsi Ermənistan əhalisi üçün sınaqdan çıxarılmış birləşdirici amildir. Bu da simptomatikdir ki, sərhəddə vəziyyətin kəskinləşməsi məhz fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar qəbul edilməsi ərəfəsində baş verib. Ölkə sakinlərinin çoxu bundan narazıdır, çünki bu rejim səmərə vermir. Nəticədə hökumətin yeni qərarına demək olar ki, əhəmiyyət verilməyib, döyüş əməliyyatları barədə xəbərlər bu qərarı gündəlikdən sıxışdırıb.

R.Abdullin sonda yazır: “Tovuz rayonunda münaqişə Yerevan ilə Bakı arasında danışıqlar prosesinin taleyini sual altına alır. İyunun sonunda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan videorabitə rejimində danışıqlar aparıb və Dağlıq Qarabağda vəziyyətin müzakirəsini bu ay davam etdirmək barədə razılığa gəliblər. İndi dialoqun davam etdirilməsi az ehtimal olunur, lakin bu, Ermənistanın baş nazirinin məntiqinə tamamilə uyğundur: az adam inanır ki, közərməkdə olan münaqişəni yaxın gələcəkdə həll etmək mümkün olacaq, Paşinyana isə öz laxlamış mövqelərini mümkün qədər tezliklə möhkəmlətmək lazımdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı