İDMAN


Rusiya KİV-ləri ikinci Vüqar Həşimov Memorialından yazırlar

Bakı, 2 may, AZƏRTAC 

Aprelin sonu şahmat üçün yetərincə yaddaqalan olub. Eyni vaxtda dörd iri yarış keçirilib, özü də bu yarışlarda ya müxtəlif illərdə dünya çempionu olmuş şahmatçılar iştirak edib, ya da turnirlərin özü dünya çempionatları olub. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ikinci Vüqar Həşimov Memorialı da bu qəbildən turnirlərdən olub.

Azərbaycanın Şəmkir şəhərində görkəmli qrossmeyster, vaxtsız vəfat etmiş Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ikinci Memoriala onun 10 dostu toplaşıb. Özü də bu turnirdə XXI əsrdə şahmat tacına sahib olmuş hər üç şahmatçı - rusiyalı Vladimir Kramnik, hindistanlı Vişvanatan Anand və norveçli Maqnus Karlsen oynayıblar.

Hazırkı dünya çempionu Maqnus Karlsen dalbadal ikinci dəfə inamla qalib gələrək, daha güclü olduğunu növbəti dəfə nümayiş etdirib. Onun sələfi Vişvanatan Anand layiqincə çıxış edib. Vladimir Kramnik isə karyerasında ilk dəfə dalbadal üç dəfə uduzub.

Turnirin yekunları: birinci yer – Maqnus Karlsen – 9 mümkün xaldan 7 xalq; ikinci yer - Vişvanatan Anand – 6; 2-4-cü yerlər – Uesli So, Fabiano Karuana – 5; 5-6-cı yerlər – Vladimir Kramnik, Şəhriyar Məmmədyarov – hərəyə 4; 7-10-cu illər – Maykl Adams, Aniş Giri, Maksim Vaşye-Laqrav, Rauf Məmmədov – hərəyə 3,5 xal.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.