DÜNYA


Rusiya Konstitusiyasına düzəlişlərə dair səsvermə aprelin 22-də keçiriləcək

Moskva, 26 yanvar, AZƏRTAC

Rusiya Konstitusiyasına düzəlişlərə dair səsvermə aprelin 22-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov jurnalistlərə məlumat verib. O bildirib ki, Prezident Vladimir Putin səsvermənin bu tarixdə keçirilməsi ilə razılaşıb.

Bir qədər əvvəl Rusiya Konstitusiyasına düzəlişlərin müzakirə olunmasına dair işçi qrupun həmsədri Andrey Klişas səsvermə üçün aprelin 22-nin ən əlverişli vaxt olduğunu bildirmişdi. O vurğulamışdı ki, aprelin 19-da pravoslav xristianların Böyük pəhrizi başa çatır, aprelin 24-də isə müsəlmanların Ramazan ayı başlanır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.