DÜNYA


Rusiya Milli Qvardiyasının zabiti hərbçi yoldaşlarını güllələyib

Moskva, 23 oktyabr, AZƏRTAC

Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) zabiti Çeçenistandakı hərbi hissələrdən birində dörd hərbçini qətlə yetirib.

AZƏRTAC xəbər verir ki, hadisə oktyabrın 23-də axşam baş verib. Baş leytenant olduğu bildirilən zabit kazarmada atəş açaraq dörd hərbçi yoldaşını qətlə yetirib. Həmin zabit növbətçi bölmənin əsgərləri tərəfindən zərərsizləşdirilib.

Hadisənin təfərrüatlarını araşdırmaq üçün xidməti təhqiqat aparılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.