DÜNYA
Rusiya Misirdə hərbi bazaların icarəyə götürülməsi ilə bağlı danışıqlar aparır
Moskva, 10 oktyabr, AZƏRTAC
Rusiya hərbi obyektlərin icarəyə götürülməsi ilə bağlı Misirlə danışıqlar aparır. Misirin Sidi-Barrani şəhərində yerləşən keçmiş sovet hərbi bazasının icarəyə götürülməsi də danışıqlar mövzusudur.
Rusiya KİV-lərinin yaydığı xəbərə görə, əgər tərəflər razılığa gələrsə, Sidi-Barranidəki hərbi bazada bərpa işləri aparılacaq və 2019-cu ildən baza hərbi-hava bazası kimi Rusiyanın istifadəsinə veriləcək.
Artıq əldə olunmuş razılaşmaya görə, Rusiya hərbi bazalar üçün avadanlığı dəniz yolu ilə daşıyacaq. Həmçinin bazada Rusiya hərbi kontingenti yerləşdiriləcək.
Sidi-Barrani şəhərində əvvəllər fəaliyyət göstərmiş hərbi baza 1972-ci ilədək sovet hərbi donanması tərəfindən ABŞ döyüş gəmilərinin müşahidəsi üçün istifadə olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]