DÜNYA


Rusiya Müdafiə Nazirliyi koronavirusa qarşı peyvəndin kliniki sınaqları üçün könüllülər seçib

Moskva, 2 iyun, AZƏRTAC

Rusiya Müdafiə Nazirliyi koronavirusa qarşı peyvəndin kliniki sınaqları üçün könüllülər seçib.

AZƏRTAC xəbər verir ki, 50 hərbçi, o cümlədən beş qadın nazirliyin Mərkəzi Elmi Tədqiqat İnstitutunda Rusiya alimlərinin hazırladığı peyvənd preparatının sınaqlarında iştirak edəcək.

Qeyd edək ki, koronavirus xəstələrinin sayına görə Rusiya dünyada 3-cü yeri tutur. Ölkədə 414 min 878 COVID-19 xəstəsi qeydə alınıb, indiyədək 175 mindən çox xəstə sağalıb, 4855 nəfər vəfat edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.