Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Notariuslar Assosiasiyasının sədri,Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Sizi Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və doğma Azərbaycanın rifahı naminə yeni-yeni uğurlar diləyim.

Bu gün Sizin həmvətənləriniz, dostlarınız və məsləkdaşlarınız bu mürəkkəb tarixi dövrdə Azərbaycan xalqının öz Prezidenti və Ali Baş Komandanı başda olmaqla suveren maraqlarını necə inamla və ardıcıl surətdə qoruduğunu, iqtisadi və siyasi nailiyyətlərini artırdığını, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirdiyini, doğma Qarabağın hər qarış torpağının qorunmasında qətiyyətli olmasını bütün dünyaya nümayiş etdirdiyini, quruculuq fəaliyyəti ilə ölkənin daha sürətli inkişafı və firavanlaşması üçün möhkəm zəmin yaratdığını böyük qürurla və diqqətlə izləyirlər.

Ulu Tanrı köməyiniz olsun, ali missiyanızı həyata keçirmək üçün Sizə səbir, güc və uğurlar bəxş etsin!

Qoy qarşıdan gələn il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin olsun!

Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri,

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin