Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Notariuslar Assosiasiyasının sədri professor Natiq Ağamirovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edim. Sizə möhkəm cansağlığı, şəxsi səadət və doğma Azərbaycanın rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.

Bu gün dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası ölkənin iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi əsasları üzərində möhkəm dayanan sabitlik adasıdır.

Ölkədə aparılan islahatlar tarixi Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlıların ürəyində nikbinlik və qürur hissləri doğurur. Buna görə də biz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qürur hissi ilə qeyd edirik. Həmvətənlərimiz bu əlamətdar gündə Sizin Azərbaycan Respublikasının tərəqqisinə və inkişafına yönəlmiş fəaliyyətinizi hərtərəfli dəstəklədiklərini böyük ruh yüksəkliyi ilə bəyan edirlər.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizi bir daha doğum gününüz münasibətilə təbrik edim və çox şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər diləyim.

Qoy, qarşıdan gələn Yeni 2017-ci il Sizə və bütün Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik bəxş etsin.

 

Dərin hörmətlə,

professor Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin