İDMAN
Rusiya Olimpiya Komitəsinin 2022-ci ilə qədər olan büdcəsi 9,9 milyard rubldur

Bakı, 12 dekabr, AZƏRTAC
Rusiya Olimpiya Komitəsinin (ROK) 2022-ci ilə qədər olan büdcəsi 9,9 milyard dollar təşkil edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ROK-un iclasında qurumun başçısı Stanislav Pozdnyakov məlumat verib.
Qeyd edək ki, ROK-un yaxın dörd il üçün büdcəsi qurumun İcraiyyə Komitəsi tərəfindən noyabr ayında təsdiq edilib.
S.Pozdnyakov deyib: “2022-ci ilə qədər olan maliyyə planı təsdiqlənmiş maliyyələşdirmə mənbələri, “Qazprom” və “Nornikel” ilə müqavilələr əsasında tərtib edilib. Bu vəsaitin təqribən 60 faizi tədbirlərin maliyyələşdirilməsinə, 24 faizi inzibati təsərrüfat işlərinə, o cümlədən ROK mərtəbələrində təmir işlərinə xərclənəcək, 13 faizi vergi öhdəlikləridir, 3 faizdən bir qədər çoxu ehtiyat vəsaitdir. Bütövlükdə 9,9 milyard rubldur”.