MƏDƏNİYYƏT


Rusiya Palmiranın bərpası üçün materialları UNESCO-ya təqdim edəcək

Bakı, 19 mart, AZƏRTAC

Rusiya Palmiranın (Suriya) bərpası üçün materialları, o cümlədən onun 3D modelini yaxın aylarda UNESCO-ya təqdim edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə, “Russkaya qazeta” və “Komsomolskaya pravda” nəşrlərinə müsahibəsində Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) prezidenti Sergey Şoyqu məlumat verib.

S.Şoyqu deyib: “Bizdə olan arxiv materiallarını qaldırırıq. Palmiranın 1872-ci ildə ilk rus səyyahları tərəfindən çəkilmiş fotolarını tapmışıq. İndi albom üzərində çalışırıq. Burada Palmiranın əvvəllər necə olduğunu və indi hansı vəziyyətə düşdüyünü əyani şəkildə göstərmək istəyirik. Bu iş bundan sonra nə edəcəyimizi və necə edəcəyimizi başa düşmək üçün lazımdır. Bu məqsədlə Palmiranın 3D modelini hazırlayırıq. Düşünürəm ki, yaxın vaxtlarda, ola bilsin, iki aydan sonra biz bu materialları bərpa işlərinin həcmini qiymətləndirə bilməsi üçün UNESCO-ya göndərəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.