İDMAN


Rusiya Premyer-Liqası UEFA-nın Avrokuboklarda islahatlar planına qarşı çıxış edib

Bakı, 14 iyun, AZƏRTAC

Rusiya Premyer-Liqasının klubları Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) 2024-cü ildən başlayaraq klub yarışlarında islahatlar aparılmasına dair hazırda müzakirə olunan layihəyə qarşı həmrəyliklə çıxış ediblər.

AZƏRTAC bu barədə Rusiya Premyer-Liqasının mətbuat xidmətinə istinadla xəbər verir.

UEFA may ayında İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 2024-cü ildə icra oluna biləcək layihəsini təqdim edib. Layihəyə əsasən turnirin qrup mərhələsində hərəsində 8 komanda ilə 4 qrup olacaq. Bu, matçların sayını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Həmçinin yeni sistem aparıcı klublara daha meyilli olacaq.

Qeyd olunur ki, Avrokuboklarda islahatlar layihəsinin müzakirəsində klublar təklif olunan islahatın Rusiya Premyer-Liqasının təqvim strukturuna mənfi təsir edə biləcəyindən və digər aparıcı Avropa Liqaları ilə müqayisədə onun rəqabətqabiliyyətliliyinin azalacağından çəkindiklərini bildiriblər. Bundan başqa, Rusiya Premyer-Liqası klublarının fikrincə, bu təşəbbüs bütün Avropa liqalarına ziyan vura bilər.

Məlumatda deyilir: “Klublar yekdilliklə razılaşıblar ki, ev çempionatı prioritet kimi qalmalıdır və futbol təqvimində hər hansı dəyişikliklərdə daxili yarışlarla bağlı tələblər nəzərə alınmalıdır. Bununla yanaşı, Çempionlar Liqasına və Avropa Liqasına təsnifatlar əvvəlki kimi klubların Premyer-Liqada çıxışlarının cari nəticələrindən asılı olmalıdır”.

Xatırladaq ki, artıq bir çox Avropa klubları, məsələn Almaniyanın “Şalke”, İtaliyanın “Latsio”, Fransanın “Sent-Etyen” və “Bordo”, İsveçrənin “Bazel” və “Yanq Boyz”, Portuqaliyanın “Braqa”, Fransa çempionatında iştirak edən “Monako”, İspaniyanın “Atletiko” və “Barselona” komandaları təklif olunan dəyişikliklərin əleyhinə olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.