SİYASƏT
Rusiya Prezidenti Ermənistanın baş naziri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Moskva, 26 mart, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə Qarabağdakı vəziyyəti müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O deyib ki, Rusiya Prezidenti Vladimir Putin martın 24-də və 25-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı zamanı Qarabağdakı vəziyyəti müzakirə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva