DÜNYA


Rusiya Prezidenti: MDB-nin informasiya məkanı açıq olmalıdır

Moskva, 13 iyun, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin fikrincə, MDB-nin ümumi informasiya məkanı açıq olmalı, burada məhdudiyyətlər minimuma endirilməlidir.

AZƏRTAC xəbər verir ki, V.Putin bu fikri “Mir” teleradio şirkətinə müsahibəsində söyləyib.

Rusiya dövlətinin başçısının fikrincə, MDB-nin informasiya məkanı açıq olmalıdır. “Burada müxtəlif məhdudiyyətlərin sayı minimuma endirilməlidir. Mövcud məhdudiyyətlər yalnız təhlükəsizlik mülahizələri, mənəviyyatın, əxlaqın hamılıqla qəbul edilmiş elementləri ilə bağlı olmalıdır”, - deyən Prezident daha sonra vurğulayıb: “Bütövlükdə, bu informasiya məkanı maksimum dərəcədə açıq olmalıdır ki, bütün informasiya mənbələri qorunsun, onlara hörmət bəslənilsin və onlar səmərəli şəkildə işləyə bilsinlər. Onlar nə qədər az siyasiləşdirilsə, bir o qədər yaxşıdır”.

Onun sözlərinə görə, informasiya yayılmasının azadlığı onu yayanların maraqlarına deyil, bu informasiyadan istifadə edən vətəndaşların mənafelərinə xidmət edir.

RF Prezidenti deyib: “Çox ümid edirəm ki, materialın təqdimatı maraqlı və məzmunlu olacaq, ölkələrimizin bütün vətəndaşları bu materiallardan istifadə edərək bir-birini daha yaxşı anlaya, qonşularda baş verən hadisələri hiss edə, bizim dövlətlərdə tətbiq olunan ən yaxşı praktikaları özlərində tətbiq edə biləcəklər”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.