SİYASƏT


Rusiya Prezidenti: Qarabağ münaqişəsi zonasında vəziyyət sabitləşir

Moskva, 24 noyabr, AZƏRTAC

Bütövlükdə Qarabağ münaqişəsi zonasında vəziyyət sabitləşir.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri xarici dövlətlərin Rusiyaya yeni təyin edilmiş səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində söyləyib.

RF Prezidenti xatırladıb ki, Rusiya ATƏT-in Minsk qrupunun əldə etdiyi əsas razılaşmalara riayət etməklə münaqişənin nizamlanmasında vasitəçi kimi səy göstərir. V.Putin ümidvar olduğunu bildirib ki, müvafiq beynəlxalq təşkilatlar regionda zərər çəkmiş rayonların sakinlərinə kömək göstərilməsində, infrastrukturun bərpasında, normal dinc həyat şəraitinin formalaşmasında fəal iştirak edəcəklər.

Rusiya Prezidenti deyib: “Biz bunu əsas götürürük ki, bütün bu tədbirlər uzanan münaqişənin ədalətli qaydada, Azərbaycan və erməni xalqlarının mənafeyinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün ilkin şərait yaradacaq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.