SİYASƏT


Rusiya Prezidenti Soçidə keçirilmiş üçtərəfli görüşü konstruktiv adlandırıb

Bakı, 26 noyabr, AZƏRTAC

Bu gün biz çox konstruktiv şəkildə işləmişik. Bu gün üçün yaranmış vəziyyət dərindən təhlil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirib.

Görüşdə mühüm olan bir sıra məsələlər barədə razılığa gəlindiyini qeyd edən Rusiya Prezidenti deyib: “Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur. Diqqəti cəlb etmək istədiyim ikinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik. Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir”.

Vladimir Putin bildirib ki, bu məsələ üzərində işləyən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə müəyyən yekunlar vurmaq və bu gün razılaşdırılan və qəbul olunan qərarları elan etmək üçün Moskvada toplaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.