SİYASƏT


Rusiya Prezidenti Təhlükəsizlik Şurasının üzvlərinə Soçi görüşü barədə məlumat verib

Moskva, 26 noyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə Soçidə keçirilən görüşündən sonra Təhlükəsizlik Şurasının iclasını keçirib.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının üzvləri əvvəlcə Kemerovo vilayətindəki şaxtada baş vermiş qəzanın qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Rusiya Prezidenti Təhlükəsizlik Şurasının üzvlərinə Soçi görüşünün yekunları barədə məlumat verib.

V.Putin, həmçinin MDB ölkələri ilə münasibətlərin ətraflı müzakirə olunacağını deyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.