DÜNYA


Rusiya Prezidenti Türkiyəyə ölkəsinin metallurgiya məhsullarının idxal rüsumunu azaltmağı təklif edir

Moskva, 1 avqust, AZƏRTAC

Rusiya hökuməti Türkiyəyə Rusiya metallurgiya məhsullarının idxal rüsumunu azaltmağı təklif edəcək.

AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Denis Manturovla görüşü zamanı çıxış edib.

O deyib ki, bununla bağlı hökumətlərarası saziş hazırlanır. Rüsumların azaldılması Rusiya ixrac məhsullarının yeni bazarlara çıxarılmasını asanlaşdıracaq.

D.Manturov ölkənin metallurgiya müəssisələrinin fəaliyyətinin ikinci rübdə ləngidiyini, ixracın azaldığını və bəzi şirkətlərin rentabelliliyinin aşağı düşdüyünü qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.