DÜNYA


Rusiya Prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransının vaxtı müəyyənləşib

Moskva, 1 dekabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin dekabrın 23-də ənənəvi böyük mətbuat konfransı keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

O qeyd edib ki, bu il də mətbuat konfransı əyani formatda təşkil olunacaq. Lakin pandemiya səbəbindən salona buraxılacaq jurnalistlərin sayı 500 nəfərədək məhdudlaşdırılacaq.

Ənənəvi olaraq Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində keçirilən mətbuat konfransı bu il daha geniş “Manej” Ticarət-Sərgi Mərkəzində baş tutacaq. Tədbirdə iştirak edəcək jurnalistlər üç dəfə koronavirus testi verməli olacaqlar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.