DÜNYA


Rusiya Prezidenti amerikalı həmkarı ilə görüşün səmərəli keçdiyini qeyd edib

Moskva, 16 iyun, AZƏRTAC

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin Cenevrədə görüşü başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı keçirib.

Rusiya lideri Prezident Co Bayden ilə görüşün bütövlükdə səmərəli keçdiyini qeyd edərək deyib ki, tərəflər hər iki ölkənin səfirlərinin geri qayıtması, məhkum edilmiş şəxslərin təhvil verilməsinin müzakirə olunması barədə razılığa gəlib, Arktika, Ukrayna, kibertəhlükəsizlik ətrafında vəziyyəti müzakirə ediblər.

Görüşün yekunlarına dair strateji sabitlik barədə birgə bəyanat imzalanıb. Tərəflər nüvə müharibəsinin baş verməsinin mümkünsüzlüyünü vurğulayıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.