DÜNYA


Rusiya Prezidenti ilə Səudiyyə Ərəbistanının Müdafiə naziri arasında telefon danışığı olub

Moskva, 17 sentyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının Müdafiə naziri, şahzadə Məhəmməd bin Salman Al Saud arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər sentyabrın 14-də “Saudi Aramco” neft-qaz şirkətinin müəssisələrinə hücumla bağlı məsələləri müzakirə ediblər.

OPEK+ çərçivəsində sövdələşmələr, karbohidrogen bazarında vəziyyət və V.Putinin Səudiyyə Ərəbistanına gözlənilən səfəri ilə bağlı məsələlər də müzakirə mövzusu olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.