SİYASƏT


Rusiya Prezidenti soydaşımızı mükafatlandırıb

Bakı, 10 aprel, AZƏRTAC

Soydaşımız Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Kaluqa vilayətində həyata keçirilən “ETNOMİR” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu-vahid dünya” Beynəlxalq Xeyriyyə Cəmiyyətinin prezidenti, azərbaycanlı Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib. Fərmanın mətni hüquqi informasiya rəsmi internet-portalında yerləşdirilib.

Ruslan Bayramov bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunması və təbliği sahəsində fəaliyyətinə görə layiq görülüb.

Həmyerlimiz Azərbaycanın Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Onun həyata keçirdiyi əsas layihələrdən biri unikallığı ilə seçilən və dünya xalqlarının həyat tərzi, ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı verən “ETNOMİR” mədəniyyət-təhsil turizm mərkəzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.