DÜNYA


Rusiya Prezidenti türkiyəli həmkarını təbrik edib

Moskva, 29 oktyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü münasibətilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

AZƏRTAC-ın xəbərinə görə, teleqramda qeyd olunur ki, Rusiya ilə Türkiyə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin əsası Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərdə qoyulub.

Vladimir Putin vurğulayıb ki, Moskva və Ankara indi də bütün sahələrdə konstruktiv əməkdaşlığı uğurla inkişaf etdirir, həmçinin hər iki ölkənin və bütün Avrasiya məkanının maraqları çərçivəsində aktual regional və beynəlxalq məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.