DÜNYA


Rusiya Prezidenti və Almaniya kansleri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Moskva, 13 may, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın Federal kansleri Olaf Şolts arasında telefon danışığı olub.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. V.Putin xüsusi hərbi əməliyyat, BMT-nin və Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə “Azovstal” zavodundan mülki əhalinin çıxarılması barədə qarşı tərəfə məlumat verib.

Mətbuat xidmətindən bildiriblər ki, Rusiya Prezidenti və Almaniya kansleri qeyd olunan məsələlər ətrafında müzakirələri müxtəlif kanallarla davam etdirmək barədə razılığa gəliblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.