SİYASƏT


Rusiya Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti Qarabağdakı vəziyyəti müzakirə ediblər

Moskva, 24 noyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qarabağdakı vəziyyəti müzakirə ediblər.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığında tərəflər Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədlərindəki vəziyyət, Əfqanıstan və Liviya məsələləri də daxil olmaqla, bir sıra aktual beynəlxalq problemlər ətrafında müzakirələr aparıblar.

Vladimir Putin Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi və Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə məlumat verib. "Məhz bu məsələlərin Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır", - deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.