SİYASƏT


Rusiya Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər

Moskva, 8 sentyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi barədə danışıb.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti və Avropa Şurasının Prezidenti bu məsələni telefonla müzakirə ediblər.

“Dağlıq Qarabağ ətrafında vəziyyət nəzərdən keçirilib. Şarl Mişelin xahişi ilə Rusiya Prezidenti 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi üzrə atılan addımlar haqqında məlumat verib", -deyə məlumatda bildirilir.

Tərəflər Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.